EN

"Fənərbaxça" Belçika klubuna təklif göndərdi

Ceyden Ostervold zədə səbəbindən mövsümü erkən başa vurduğu üçün "Fənərbaxça" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Gent"də çıxış edən Arçi Brounu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Fənərbaxça" ingiltərəli sol cinah müdafiəçisi üçün "Gent"ə 7 milyon avroluq rəsmi təklif göndərib. Belçika klubu isə futbolçusu üçün 15 milyon avro tələb edir. Klublar arasında məbləğlə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, "Gent" Arçi Brounu ötən ilin yayında İsveçrənin "Lozanna" klubundan transfer edib. İngiltərə U-20 millisinin sabiq üzvü bu mövsüm bu mövsüm meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

saytlarin hazirlanmasi

Chosen
15
sportal.az

1Sources