EN

Onları yenidən bir araya gətirən dəfn mərasimi oldu- Fotolar

Oktyabrın 17-si Argentinanın paytaxtı Buenos-Ayresdəki hotelin 3-cü mərtəbəsindən yıxılaraq həyatını itirən “One Direction” qrupunun keçmiş üzvü  Liam Peyn  ötən gün dəfn edilib.

Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı britaniyalı müğənninin dəfn mərasiminə ailə üzvləri, yaxınları və dostları ilə yanaşı, keçmiş qrup üzvləri də qatılıb. İllər sonra onları bir araya gətirən mərasim Amerşemdə baş tutub.

Qeyd edək ki, Peyn Böyük Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edib. Qrup 2016-cı ildə dağılsa da, Peyn solo çıxış edib.

Xatırladaq ki, Liam Peynin ölümünə görə 3 nəfər saxlanılıb. Onlar “ölüm təhlükəsində qoymaqda”, “narkotiklə təmin etmək və istifadəsinə şərait yaratmaqda” ittiham ediliblər.

 











Chosen
23
2
oxu24.com

3Sources