EN

“Hraparak”: Bakı İrəvanın təklifini rədd edib

“Diplomatik mənbələrdən öyrəndik ki, bu gün Ermənistan və Azərbaycan “sülh müqaviləsi”nin bütün bəndləri üzrə razılığa gəlsələr belə, Azərbaycan sənədi imzalamayacaq”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan nüfuzlu “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, ilkin şərt Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsindən imtina etməkdir. “Məlumata görə, Paşinyan Əliyevə sənədi imzalamağı təklif edib, o cümlədən Konstitusiyanın dəyişdirildikdən sonra onun qüvvəyə minəcəyi barədə bənd var. Lakin Əliyev bunu da rədd edərək, sülh diləyən Ermənistanın baş nazirini hərtərəfli aşağılayıb”.
Erməni qəzeti mənbəsinə istinadən onu da yazır ki, Paşinyan hazırda referendum keçirə və Konstitusiyaya dəyişiklik edə bilməz. “Baş nazir bunu yaxşı anlayır. Amma qarşıdan gələn seçkilərdə qalib gəlmək istəyir. Yalnız bundan sonra Azərbaycanın tələbini yerinə yetirə biləcək”.

Chosen
14
tribunainfo.az

1Sources