EN

3 milyon insanı əhatə edən sosial islahat paketi hazırlanır - Nazir

Növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya,  pensiyaların indeksiyalaşdırılması, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Ölkə.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrində “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə cənab Prezidentin göstərişi ilə geniş sosial islahatların həyata keçirilməsi nəzərdə tutulub. “Bununla əlaqədar olaraq xüsusi paket layihəsi hazırlanır. Bu islahat paketi 3 milyon insanı əhatə edəcək.  İslahatlar paketi büdcə qəbul olunduqdan sonra hazırlanaraq təqdim olunacaq”, - nazir qeyd edib.

Mürtəza
Ölkə.Az

Chosen
32
31
olke.az

10Sources