EN

Bu halda minimum əmək haqqı daha çox arta bilər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsində” nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı təqdim etdiyim təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır.

Hazırda minimum maaş 345 manatdır, vergi güzəştləri isə 200 manata qədər tətbiq olunur. Eyni zamanda, minimum əmək haqqı məbləğinin gələn ildən yenidən artırılması nəzərdə tutulub ki, bu da olduqca müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir.

Bu səbəbdən təklif edirik ki, bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, minimum maaş məbləği ilə hesablansın. Nəticədə bu minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan yaradacaq və real maaş məbləği yüksələcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, dövlət və neft sektorunda çalışan nisbətən daha yüksək maaş alan vətəndaşlarımız üçün də vergi məbləği bu qədər azalacaq və nəticədə onların da əmək haqqlarının artmasına gətirib çıxaracaq.

Millət vəkili Vüqar Bayramov

visiontv.az



Chosen
17
9
visiontv.az

10Sources