EN

Xam neft ixracından gəlirlər 1 milyard dollar azaldı - YENİ GÖSTƏRCİLƏR

2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan 12 milyard 762 milyon dollar həcmində 21 milyon 338 min ton xam neft ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 23 milyon dollar və ya 7,4%, miqdar ifadəsilə isə 929,9 min ton, başqa sözlə 4,2% azalıb.

Qeyd edək ki, 2023-cü ilin 10 ayı ərzində Azərbaycandan 13 milyard 786 milyon dollar dəyərində 22 milyon 269 min ton xam neft ixrac olunmuşdu.

Bu ilin yanvar-oktyabr ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 017 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 052 manat idi. Bu da illik müqayisə ilə 36 manat  və ya 3,4% ucuzlaşma deməkdir.

Bu il ümumi ixracın 56,18%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 46,98% olub.

Chosen
9
fed.az

1Sources