EN

Sertifikatlaşdırma ilə müəllimlərin əməkhaqqı 35% artıb

2020-2024-cü illərdə 65,000 nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55,000 nəfər müəllimdən 38,000 nəfərdən çoxunun əmək haqqına 10 faiz, 17,000 nəfərdən çoxunun əmək haqqına isə 35 faiz əlavə edilib. “Nəticədə, əmək haqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlərin orta aylıq əmək haqqı 910 manat, əmək haqqına 35 faiz əlavə edilmiş müəllimlərin isə orta aylıq əmək haqqı 1295 manat olub. Növbəti ildə əlavə 20,000-dən çox müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində 60,8 milyon manat ayrılıb, ümumilikdə isə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154,4 milyon manat vəsait proqnozlaşdırılıb”.

Chosen
18
15
fins.az

10Sources