EN

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlimdəyişikliyi ilə mübarizə və Su-Enerji-Qida-Ekosisteminin (WEFE)qarşılıqlı idarəedilməsi tədbirləri vasitəsilə aqroərzaqsistemlərinin dayanıqlığına nail olunması” mövzusunda panelmüzakirə keçirilib.

Trendxəbər verir ki, bu barədə KKənd Təsərrüfatı Nazirliyi məlumatyayıb.

Bildirilib ki, İslam Dünyası Təhsil, Elm və MədəniyyətTəşkilatının (ICESCO) Mavi Zonada yerləşən pavilyonunda baş tutantədbirdə dayanıqlı aqro-ərzaq sistemlərinə nail olmaq üçünstrategiyalar, iqlim böhranı şəraitində su, enerji və ərzaqehtiyatlarının davamlı və düzgün idarə olunmasını dəstəkləyən ənyaxşı təcrübələri, siyasət çərçivələrini və texnoloji yeniliklərimüzakirə edilib. Panel müzakirənin moderatorluğunu İCESCO-nun Elmvə ətraf mühit sektoru üzrə eksperti Fahman Fathurrahman edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhaməQədimova bildirib ki, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinintəmin olunması, suya əlçatanlıq və enerji istifadəsi ilə bağlıproblemlərin yaranmasına səbəb olur. Bu isə aqro-ərzaqsistemlərində davamlılığın yaradılması üçün həll yollarınınmüzakirəsini labüd edir, bu problemlərin həlli fermerlər vəicmaların ehtiyaclarının təcili ödənilməsini balanslaşdıraninnovativ, inteqrasiya olunmuş yanaşmalar tələb edir.

Nazir müavini qeyd edib ki, Azərbaycanda dayanıqlı kəndtəsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəflidövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir.Ölkədə su və torpaq resurslarından səmərəli istifadə,biomüxtəlifliyin qorunması iqlimə uyğunlaşma strategiyalarınınəsasını təşkil edir, səmərəliliyi və davamlılığı artıraniqliməuyğun ağıllı kənd təsərrüfatı təcrübələrinə üstünlük verilir.Damcı və çiləyici texnologiyaları tətbiq etməklə suvarma sistemlərimüasirləşdirilir. Fermerlərin sudan səmərəli istifadə üsullarınımənimsəməsi üçün subsidiyalar və aşağı faizli kreditlər verilir. Bucür investisiyalar məhsuldarlığı artırmaqla yanaşı, gələcəknəsillər üçün sudan və torpaqdan davamlı istifadəni təmin edir.

Panel müzakirələrdə çıxış edən Pakistanın Milli qidatəhlükəsizliyi və tədqiqatlar üzrə federal naziri Rana TanveerHussain, Aralıq Dənizi İttifaqının (UfM) Baş katibinin müaviniGrammenos Mastrojeni Beynəlxalq Bioşoran Kənd TəsərrüfatıMərkəzinin (ICBA) Baş katibi Tarifa Al Zaabi, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatının (FAO) Torpaqların idarə edilməsi və subölməsinin mütəxəssisi Virciniya Gillet, İslam İnkişaf BankınınQlobal təcrübələr və tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye,Nigeriyanın Ekiti Ştat Hökumətinin Yaşıl iqtisadiyyat və ekolojiməsələlər üzrə texniki müşaviri Akinyemi Akinyuqa ərzaq itkilərininqarşısının alınması və ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlimdəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi,ekosistemin qorunması, rəqəmsal texnologiyaların kəndtəsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativproseslərin inkişafı, dayanıqlı təchizat zəncirininformalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolununartırılması ilə bağlı fikirlərini bölüşüblər.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Məqalədə:
Chosen
53
5
az.trend.az

7Sources