EN

Məşhur futbolçu ABŞ klubunun ortaq sahibi olub

İspaniya millisinin sabiq futbolçusu Xuan Mata 2025-ci ildən ABŞ-nin MLS liqasında çıxış edəcək "San Dieqo" klubunun ortaq sahibi olub.

36 yaşlı yarımmüdafiəçi klubun səhmlərini əldə edib.

O, bu komandaya investisiya qoymağın uzunmüddətli layihə olduğunu söyləyib.

Mata hazırda Avstraliyada "Uestern Sidney Uonderers" komandasında çıxış edir.

Qeyd edək ki, İspaniyada "Valensiya", İngiltərədə "Çelsi", "Mançester Yunayted" və Türkiyədə "Qalatasaray" kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.

"Cebheinfo.az"

Chosen
2
3
cebheinfo.az

4Sources