EN

Polşa hava hücumundan müdafiə qüvvələrini hazırlıq vəziyyətinə gətirdi

Polşa Ukraynadakı həyəcan təbili ilə bağlı hava hücumundan müdafiə qüvvələrini ən yüksək hazırlıq səviyyəsinə çatdırıb.

Turkustan.az xəbər verir ki, Polşa Ukraynada hava hücumu xəbərdarlığı fonunda hava hücumundan müdafiə və radar kəşfiyyatını ən yüksək səviyyəyə çatdırıb. Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

“Silahlı Qüvvələrin əməliyyat komandiri bütün mövcud qüvvə və vasitələri cəlb edib, döyüşçülərin növbətçi cütlükləri sıraya salınıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib”, - deyə idarədən bildirilib.

Qeyd olunur ki, NATO aviasiyası Polşanın hava məkanının mühafizəsində iştirak edir.

Komandanlıq izah edib ki, tədbirlər “Rusiyanın Ukraynanın qərbində yerləşən hədəfləri vuran növbəti hücumu” ilə əlaqədar görülüb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
30
turkustan.az

1Sources