EN

30 ildir növbəyə dayanan şəhid ailəsi ev ala bilmir

30 ildir, növbəyə dayanan şəhid ailəsi və ya qazi mənzil ala bilməyib. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bununla bağlı faktlar var. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deputata cavabında vurğulayıb ki, 2014-cü ilə qədər növbəyə dayanan bütün şəhid ailələri və qazilər mənzillə təmin olunublar. 

“30 ildir, növbədə duran şəhid ailəsinə mənzil verilməməsi mümkün deyil. Ola bilər, şəxsə şəhid statusu bu müddətdən sonra verilib və ya qazidirsə, əlillik sonradan təyin edilib”.

Chosen
6
modern.az

1Sources