EN

Trampın gəlini Floridadan senator ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini, oğlu Erik Trampın həyat yoldaşı Lara Tramp senator ola bilər...

Belə ki, Florida ştatından senator olan Mark Rubio bu vəzifəni tərk edərək, 2025-ci ilin yanvarında Dövlət Departamentinə rəhbərlik etməyə başlayacağı təqdirdə Lara Florida senatoru kreslosuna əyləşəcək.

Poliqon xəbər verir ki, bu barədə Floridadan olan ikinci senator və Trampın ən sadiq tərəfdarlarından biri Rik Skott The Hill qəzetinə müsahibəsində bildirib.

Skott və Lara Trampın namizədliyinin digər tərəfdarları onun partiyanın seçki strategiyasına cavabdeh olduğu və namizədlərə kampaniyalarını maliyyələşdirməsində köməklik etdiyi Respublikaçılar Milli Komitəsinin (RNC) həmsədri kimi uğurlu işinə işarə edirlər. O, martın əvvəlində vəzifəyə başlayıb və o vaxtdan bəri Respublikaçıların strategiyası nəzərəçarpacaq dərəcədə dəyişib. Laranın həmkarlarının onu təriflədiyi əhəmiyyətli yeniliklərdən biri partiyanın əvvəllər respublikaçıların tənqidinə səbəb olan erkən səsverməni tətbiq etməsidir.

Lara Trampın özü noyabrın 19-da radioya verdiyi müsahibədə Florida ştatının hazırkı qubernatoru Ron DeSantislə bu məsələni müzakirə etmədiyini bildirib. Rubionu əvəzləyəcək potensial namizədlər siyahısında Lara Trampın adını noyabrın 16-da Floridada Respublikaçılar Partiyasının sədri Yuan Pauer təsdiqləyib. Təyinatla bağlı qərarın 2025-ci il yanvarın əvvəlində veriləcəyi gözlənilir.

Noyabrın 6-da Tramp bildirib ki, qızı İvanka Tramp və kürəkəni Jared Kuşnerin mühüm məsləhətçi rollarını icra etdiyi ilk müddətdən fərqli olaraq, onun övladları yeni administrasiyada olmayacaq.

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources