EN

BMT rəsmisi: “COP29-da Azərbaycanın yaratdığı şərait mükəmməldir”

"Əlçatanlıq Azərbaycan hökuməti üçün də çox vacib məsələdir. Bu, həmişə planlamada və müzakirələrdə nəzərə alınıb".

Bizim.Media xəbər verir ki, bunu UNFCCC-nin kommunikasiya departamentinin rəhbəri Alexander Sayer mətbuata əlilliyi olan jurnalistlərin işinin təşkili barədə açıqlamasında bildirib.

"Burada, gördüyünüz kimi, əlilliyi olan jurnalistlər üçün heç bir maneə yoxdur. İnsanlar hər yerə sərbəst gedə bilirlər və heç bir çətinlik yaşamırlar. Yalnız media mərkəzində deyil, ümumilikdə məkan boyu heç bir problem yoxdur"

Alexander Sayer jurnalistlərin COP29 konfransındakı işini də yüksək qiymətləndirib.

"Media mərkəzi, media imkanları və Azərbaycan hökuməti tərəfindən təmin edilən xidmətlər mükəmməldir".

UNFCC rəsmisi COP29-da jurnalistlər üçün yaradılan şəraiti də yüksək qiymətləndirib:

“COP29-un keçirildiyi məkanda yüksək standartlara cavab verən, yüksək keyfiyyətli media imkanları və xidmətləri mövcuddur. Bizim mətbuat üçün 300 nəfərlik oturacaqlardan ibarət sahəmiz var. Beynəlxalq media üçün təxminən 60 mətbuat otağı mövcuddur”.

Nuray, Günay Şahmar, Bizim.Media

Chosen
24
bizim.media

1Sources