EN

Bərpaolunan enerji layihələri sahəsində xarici investorların dəstəklənməsi davam edəcək

Azərbaycan hökuməti bərpaolunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək.

Bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində keçirilən Azərbaycanda ilk bərpaolunan enerji hərracı qalibinin elan olunması mərasimində bildirib.

O qeyd edib ki, bu hərrac Azərbaycanın bərpaolunan enerji sektoru üçün növbəti uğurdur və investorların Azərbaycanda yaşıl enerji layihələrinə artan marağını və etimadını göstərir.

“COP29 çərçivəsində həyata keçirilən bu layihə Azərbaycan hökumətinin beynəlxalq əməkdaşlığa, Dayanıqlı İnkişaf Məqsədlərinə və ölkənin yaşıl enerji potensialının reallaşdırılmasına sadiqliyini bir daha təsdiq edir”, - deyə o vurğulayıb.

AZƏRTAC

Chosen
20
vergiler.az

1Sources