EN

Vüqar Kərimov: "Bioloji müxtəlifliyin qorunması istiqamətində əməkdaşlığa xüsusi önəm verilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsini təmin etmək məqsədilə beynəlxalq miqyasda qanunvericilik və institusional çərçivə təkmilləşdirilir".
Oxu.Az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində "İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər" adlı tədbirdə deyib.
O bildirib ki, bioloji müxtəlifliyin qorunması, o cümlədən, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması məqsədilə bir sıra beynəlxalq razılaşmalar, konvensiyalar mövcuddur:
"Azərbaycan Respublikası tərəfindən iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bioloji müxtəlifliyin qorunması istiqamətində "Bioloji müxtəliflik haqqında" (2000), Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında, (1993), Su-bataqlıq əraziləri üzrə (Ramsar Konvensiyası) (2000), Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında (CITES) (1998), Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında (1999), Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında (2006) konvensiyalar ratifikasiya edilib. Bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir. Ölkəmiz bioloji müxtəlifliyin mühafizəsi sahəsində də fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur".
Aygün Mirakif
Chosen
27
oxu.az

1Sources