EN

İlham Yadullayev: "Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupun I turu çərçivəsində Rumıniya ilə bərabərliyə razı olub - 1:1.

Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi İlham Yadullayev oyundan sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq. Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”.

Yüksək Liqa: IV turun təyinatları müəyyənləşib

“Qəbələ” rəqibini meydana çıxmağa peşman etdi - 20:0!

Valdemar Almeyda: “Bu, möhtəşəm olacaq”

I Liqa: VIII turun oyun cədvəli

Elvin Yunuszadə: "Bütün məsələlər plan üzrə hərəkət edir"

Chosen
40
7
apasport.az

10Sources