Noyabrın 21-də səhər Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterriş COP29 iqlim konfransının yekun tədbirlərində iştirak etmək üçün Bakıya gəlib.
Saat 14:30-da o, mətbuat konfransı keçirəcək və COP29-un ilkin nəticələrini yekunlaşdıracaq.
Son məlumatlara görə, tədbir iştirakçıları konfransın yekun sənədinə dair razılığa gələ bilmirlər. Sənəddə iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi məsələləri əksini tapmalıdır.