EN

Qazaxıstan iqlim dəyişikliklərini nəzərə alaraq kənd təsərrüfatının inkişafında böyük təcrübəyə malikdir – Nazir müavini

Bakı. Trend:

Qazaxıstan iqlim dəyişikliklərini nəzərə alaraq kəndtəsərrüfatının inkişafında böyük təcrübəyə malikdir.

Bu barədə Trend-əQazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek KencexanulıCOP29 çərçivəsində məlumat verib.

"19 noyabr tarixində COP29 tədbirləri çərçivəsində kəndtəsərrüfatı günləri keçirildi. Azərbaycanın Kənd TəsərrüfatıNazirliyinin dəvəti ilə biz bütün tədbirlərdə iştirak etdik.Əlbəttə ki, biz iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsindəməsələləri qaldırırıq. Bu gün ekoloji məsələlərlə bağlı mövzularaktualdır.

Bu sessiyalar çərçivəsində biz, ilk növbədə, təcrübə mübadiləsiapardıq, hər bir ölkənin ekoloji problemlərin yaranmasına səbəbolan nəticələrlə necə mübarizə apardığını öyrəndik. Demək olar ki,hər bir ölkə öz praktiki mexanizmlərini təqdim etdi. Əlbəttə,Qazaxıstanın da iqlim dəyişikliklərini nəzərə alaraq kəndtəsərrüfatının inkişafında çox böyük təcrübəsi var. Biz ötən il2030-cu ilə qədər aqrar-sənaye kompleksinin inkişafına dair böyükbir konsepsiya qəbul etdik. Bu sənəddə kənd təsərrüfatının inkişafıüçün bütün mexanizmlər nəzərdə tutulub", – deyə o bildirib.

Yermek Kencexanulı qeyd edib ki, ümumiyyətlə, bütün ölkələr bugün kənd təsərrüfatının yetərincə maliyyələşdirilmədiyi ilərazılaşır.

"Bu istiqamətdə Qazaxıstan böyük işlər aparır. Cəmi bir ilərzində Qazaxıstan yaz əkinləri və məhsul yığım işlərininkreditləşdirilməsi sahəsində maliyyələşdirməni 1,2 milyon ABŞdollarına çatdırıb. Bu, kreditləşdirmə üçün ayrılan böyük birvəsaitdir. Dövlət başçısı bizə maliyyələşdirmə həcmini 3 milyardABŞ dollarına çatdırmaq vəzifəsini qoyub. Hazırda bu rəqəm 1,2milyard ABŞ dollarına çatdırılıb, lakin məqsəd bu həcmi 2025-ci iləqədər 3 milyard ABŞ dollarına çatdırmaqdır", – deyə nazir müaviniəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources