EN

Xalq artisti: "Onlar 5 min manat da alar" - VİDEO

"Mən hesab edirəm ki, fəxri adlar stimuldur".

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Siyavuş Kərimi  deyib.

"İnsan çalışır, əziyyət çəkir və istəyir ki, digər həmkarlarından hər hansı bir yolla seçilsin. Elə ölkələr var ki, orada fəxri adlar yoxdur, amma maliyyə var. Hansısa bir xarici ölkədə idim, orada bir nəfər kralın sevdiyi ifaçılardan biri idi. Həmin şəxs hər il təxminən 50 min avro vəsait alırdı. Bizdə isə Xalq artisti 200, Əməkdar artist 150 manat alır. Bu da stimuldur. İnşəallah, elə zaman gələr ki, 1000 manat da, 5000 manat da, 10 min dollar da alar".

Ətraflı linkə daxil olaraq izləyə bilərsiniz:

Günel Məlikzadə

Chosen
18
news24.az

1Sources