EN

İsrail-Türkiyə münasibətlərində gərginlik Azərbaycana necə təsir edir? – ÖZƏL

"İsrail və Türkiyə arasında münasibətlərin həddindən artıq gərgin olması müsbət proses deyil və bu, Azərbaycanın xarici siyasətinə müəyyən təsirlər göstərə bilər. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İsraillə də Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Ona görə də Azərbaycan üçün çox önəmli olan bu iki dövlət arasında münasibətlərin pozulması, gərginliyin ən yüksək həddə çatması  Azərbaycan üçün o qədər də yaxşı proses sayıla bilməz. Daha yaxşı olardı ki, bu iki dövlət arasında münasibətlər normal məcrada inkişaf edəydi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"İsrail və Türkiyə arasında münasibətlərin pozulması illər öncəyə təsadüf edir. Vaxtilə Türkiyə və İsrail arasında münasibətlər indikindən o qədər də fərqli olmayan səviyyədə olduğunda, Azərbaycan vasitəçilik etmişdi və Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasına nail olmuşdu. Ancaq Yaxın Şərq böhranı İsrail-Türkiyə münasibətlərinin yenidən pozulmasına səbəb olub və bu dəfə vəziyyət kifayət qədər ciddidir. Ən pisi də ondan ibarətdir ki, Azərbaycanın bu məsələdə indiki situasiyada vasitəçilik etməsi üçün münbit şərait yoxdur. Bu baxımdan hesab etmək olar ki, Türkiyə- İsrail münasibətlərinin gərgin olması Azərbaycan üçün o qədər də müsbət variant deyil. Ancaq rəsmi Bakı hələlik hər iki dövlətlə normal münasibətlərini saxlamaqda israrlı görünür. Rəsmi Bakı həm İsrail, həm də Türkiyə ilə münasibətlərini bir birinə qarışdırmadan, ayrı-ayrılıqda inkişaf etdirməkdə maraqlı mövqe tutur. Böyük ehtimalla rəsmi Bakı bu siyasətini bundan sonra da davam etdirəcək. Bu siyasət hələlik iki ölkə arasında balans yaradılması xarakteri daşıyır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources