EN

Son qərar verildi - AFFA-nın rəhbər postunda dəyişiklik edilir

Sərxan Hacıyev yaxın vaxtlarda AFFA-nın baş katibi postunu tərk edəcək. Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib. Qurumdan əldə etdiyimiz məlumata görə, Rövşən Nəcəf onu bu vəzifədən kənarlaşdırmaq fikrini qətiləşdirib. AFFA prezidenti Hacıyevi əvəzləməyə namizədlərin siyahısı ilə artıq tanış olub.
Siyahı o qədər geniş deyil, cəmi 3-4 nəfərdən ibarətdir. Bunun müəyyənləşdirilməsi prosesində vitse-prezident Balakişi Qasımov da iştirakçıdır. Hər halda federasiya başçısı belə məsələlərdə ən çox onunla məsləhətləşir.
Hacıyev bir neçə il Elxan Məmmədovun köməkçisi olub.

SPORTİNFO.AZ

Chosen
7
sportinfo.az

1Sources