EN

Rəsmi Moskva: Gürcüstanın daxili işlərinə Rusiya yox, Qərb qarışır

Rəsmi

Rəsmi Moskva gürcü müxalifətinin Rusiyanın Gürcüstanın işlərinə qarışmaq ittihamlarını qətiyyətlə rədd edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya deyil, Qərb Gürcüstanın daxili işlərinə qarışır.

“İttihamlar tamamilə əsassızdır, biz onları qətiyyətlə rədd edirik, bu cür bəyanatlarla çıxış edənlərə xatırladırıq ki, bizim Gürcüstanla diplomatik əlaqələrimiz yoxdur. Rusiya bu Cənubi Qafqaz ölkəsi ilə ortaq tarixi, mədəniyyəti, insanlar arasında sıx təmasları olan xalq ilə əsasən ticarət-iqtisadi və humanitar əlaqələri inkişaf etdirir. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, bunu Qərb edir”, – Zaxarova Rusiyaya qarşı müvafiq ittihamları şərh edərkən deyib.

O qeyd edib ki, Qərb sözün əsl mənasında gürcü seçicilərinin qollarını bağlayıb və onları parlament seçkilərində “lazım olduğu kimi” səs verməyə məcbur edib: “Böyük təzyiqlərə baxmayaraq, gürcü xalqı sabitliyin və ənənəvi dəyərlərin lehinə səs verib. Rusiyanın müdaxiləsi haqqında danışılması “oğrunun özünü ələ verməsi” vəziyyətinə oxşayır. Onlar bunu öz qərbli cinayətlərini ört-basdır etmək üçün edirlər".

Eyni zamanda, Zaxarova əmin olduğunu bildirib ki, gürcü xalqı indi təxribatlara boyun əyməyəcək və əslində kimin ölkə üçün real təhlükə törətdiyini özü müəyyənləşdirəcək.

Chosen
13
2
xalqcebhesi.az

3Sources