EN

Boş qayıq

Mən cavan olanda qayıqda üzmək çox xoşuma gəlirdi. Balaca bir qayığım var idi və axşamlar hamı yatandan sonra, bu qayıqda kəndimizin yaxınlığındakı süni göldə tək-tənha üzürdüm, saatlarla bu qayıqda qala bilirdim.

Bir dəfə gecədən xeyli keçmişdi, aylı, ulduzlu, gözəl bir gecə idi. Qayıqda uzanıb gözlərimi yummuşdum, xəyala dalmışdım. Birdən haradansa bir qayıq axın istiqamətində mənim qayığımla toqquşdu. Qayıq yırğalandı, içinə su doldu. Tamam islandım, az qala gölün içinə düşmüşdüm. Məndə qəzəb hissi baş qaldırdı, ağzımı açıb, gözümü yumdum. Mənim rahatlığımı pozan adamı söyməyə başladım, hətta əlimi avara atdım. Amma gördüm ki, qarşıdakı qayıq boşdur...

İndi mənim qəzəbimin çıxış yeri də yox idi… Qəzəbim daxilimdə boğulurdu... İmkansızlıqdan gözlərimi yumdum, daxilimdə öz gəzəbimi axtarmağa başladım. Bu an mən sanki öz qəzəbimi gördüm. Bu, mənim özümü ələ almaq, öz qəzəbimi cilovlamaq yolumdakı ilk addımım idi. Bu işıqlı, səssiz gecədə sanki mən öz daxili qəzəbimə yaxınlaşdım. Boş qayıq mənim müəllimim oldu...

Bu vaxtdan etibarən, əgər kimsə məni incitmək, mənə qarşı haqsızlıq etmək istəyirsə və daxilimdə gəzəb baş qaldırırsa, mən gülərək öz-özümə deyirəm: Yəqin, bu qayıq da boşdur... Və gözlərimi yumuram, diqqətimi öz daxilimə yönəldərdim...

(Qısa hekayə)

Qalib ARİF

visiontv.az



Chosen
23
visiontv.az

1Sources