EN

"Volfsburq" onu istəyir

Bundesliqa təmsilçisi "Volfsburq" "Valensiya"nın futbolçusuna "elçi" düşmək istəyir.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, "Volfsburq" "Valensiya"nın hücumçusu Serqi Canosu heyətinə qatmaq fikrindədir. Bundesliqa klubunun transfer üçün "Valensiya"ya 3 milyon avro ödəmək niyyətində olduğu bildirilir.

Serqi bu mövsüm "Valensiya"nın heyətində 7 görüşdə meydana çıxıb. 27 yaşlı futbolçunun "Valensiya" ilə daha 2 illik müqaviləsi var.

Tərəflər arasında görüşün yaxın günlərdə baş tutacağı qeyd olunur.

Qeyd edək ki, Serqi "Barselona" yetirməsidir və həmçinin "Liverpul"da da çıxış edib.

Ağa Dadaşzadə 

Chosen
27
news24.az

1Sources