EN

Santuş Azərbaycan yığmasından istefaya göndərilir?

Fernandu Santuşun Azərbaycan yığmasından istefaya göndəriləcəyi yönündə son günlər xəbərlər yayılıb.

İdman.biz Sportinfoya istinadən xəbər verir ki, komandanın Millətlər Liqasının C Liqası ilə vidalaşması bu informasiyaların məğzini təşkil edir.

İddia olunur ki, yığmanın I qrupda sonuncu yeri tutaraq D Liqasına vidalaşması AFFA rəhbərliyinin baş məşqçinin məsələsinə yenidən baxmasına səbəb olub.

Bildirilir ki, federasiya prezidenti portuqaliyalı mütəxəssisin 4 illik müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair danışıqların aparılmasını tapşırıb.

O da qeyd olunur ki, qurumun başçısı yolların ayrılması üçün qarşı tərəfə böyük məbləğdə təzminat ödəməyə razıdır.

Yayılan xəbərləri araşdırmağa çalışdıq. Rövşən Nəcəfə yaxın şəxslərdən əldə etdiyimiz bilgiyə görə, o, millinin biabırçı çıxışından pis olub, amma Santuşla vidalaşmaq hazırda müzakirə perdmeti deyil.

AFFA prezidenti tələsmək niyyətində deyil, odur ki, baş məşqçi ilə görüş keçirəcək və gələcək planları müzakirə edəcək.

Çünki Nəcəf təkbaşına qərar verməyə ehtiyatla yanaşır və uğursuzluğun yalnız Santuşla əlaqəli olmasını düşünmür.

Daha sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək və orada bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İdman.biz

Chosen
24
idman.biz

1Sources