Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd yalnızelektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxaledib.
TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdardasözügedən avtomobillərin dəyəri 104 milyon 237 min ABŞ dollarıtəşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bunlar miqdar baxımından 167ədəd (6,9%), dəyər baxımından isə 5 milyon 938 min ABŞ dolları(6,04%) çoxdur.
Qeyd edək ki, bundan əlavə, hesabat dövründə Azərbaycana 314milyon 456 min ABŞ dolları dəyərində 12 529 ədəd elektrik enerjinixarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisnaolmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə dəhərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçininsözügedən dövr ərzində ölkəyə 205 milyon 693 min ABŞ dollarıdəyərində 6 457 ədəd elektrik enerjini xarici mənbədən doldurmaqabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrikmühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrigətirilib.