EN

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib

Noyabr ayını 20-də YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, partiya veteranları və fəalları iştirak edib.

Rəsmi hissədən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi.

Rövşən Əhmədov eyni zamanda bildirdi ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də dövlətimizin başçısının təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.

Sonda natiq Azərbaycan xalqının bundan sonra da öz liderinə böyük etimad göstərəcəyinə, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcəyinə inamını ifadə etdi.

Görüşdə Ağcabədi Pedaqoji kollecinin müəllimi, Cəfərbəyli ƏPT sədri Səbuhi Atakişiyev, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin müəllimi Laləzar Cəfərova, Ağcabədi Peşə məktəbinin direktoru Fərrux Rəhimli, Rəncbərlər məktəbinin direktoru, ƏPT sədri Mehman Nağıyev çıxış edərək öz fikirlərini və təəssüratlarını bölüşmüşlər.

Tədbirdə Partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalı və veteranına Fəxri Fərmanlar təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Chosen
21
1
yeniazerbaycan.com

2Sources