EN

Beynəlxalq QHT-lər: İnkişaf etmiş ölkələr iqlim maliyyələşməsi ilə bağlı real qərarların qəbulunu bloklayır

Qlobal Şimal ölkələri, görünür, məsuliyyəti və günahı Qlobal Cənubun üzərinə atmağa çalışır.

“Report” xəbər verir ki, bunu "İqlim Ədaləti üçün Qlobal Kampaniya (DCJ)" şəbəkəsinə daxil olan beynəlxalq QHT-lərin nümayəndələri COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildiriblər.

"Təxminən 30 ildir keçirilən iqlim konfranslarından sonra biz yenidən təkrar etməliyik ki, bu böhrana görə tarixən məsuliyyət daşıyan bir neçə çox zəngin ölkə bu prosesi "çirkləndirməyə" çalışır və COP29-da real nəticələrin əldə edilməsini əngəlləyir", - DCJ təmsilçisi Raşita Qupta bildirib.

ABŞ-nin “ActionAid” təşkilatının nümayəndəsi Brendon Vu isə öz növbəsində deyib ki, Amerika iqlim maliyyələşməsində öz ədalətli payını təmin etməyib və onun inkişaf etməkdə olan ölkələrin konkret öhdəliklər götürməkdə həvəssiz olması ilə bağlı istinad etdiyi səbəb təhqiredici səslənir. İnkişaf etməkdə olan ölkələr bunu etmir, çünki bu öhdəliklərin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin olduğuna əmin deyil.

"Buna görə də əgər kimsə inkişaf etməkdə olan ölkələrin maneə törətdiyini deyirsə, bu təhqiredicidir, çünki inkişaf etmiş ölkələr heç nə təklif etmir. Bu, onların illərdir mövcud öhdəlikləri yerinə yetirməməsi faktı ilə daha da ağırlaşır", - B.Vu əlavə edib.

Chosen
22
1
far.az

2Sources