EN

COP for Hope: Macarıstan COP29-da iqlim maliyyələşməsi məsələsinin həllində Azərbaycanın liderliyinə ümid edir – Dövlət katibi (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: Macarıstanın EnergetikaNazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi AttilaŞtaynerdir.

Attila Ştayner COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində Azərbaycanaqonaqpərvərliyə və konfransın yüksək səviyyədə təşkilinə görətəşəkkür edib.

"Burada inanılmaz dərəcədə isti münasibəti hiss edirik", – deyəo vurğulayıb.

A.Ştayner konfransın yekun mərhələsində iştirakçılarıngözləntilərinin xeyli artdığını qeyd edib.

"Əlbəttə, müəyyən irəliləyişlər əldə olunub, xüsusilə də ParisSazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinə dairməsələlərdə. Bu, önəmli bir irəliləyişdir. Lakin əsas məsələ –iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsihələ də açıq qalır. Biz bu sahədə Azərbaycanın liderliyinə böyükümidlər bəsləyirik və COP29-un balanslaşdırılmış və səmərəlinəticələrini gözləyirik", – o bildirib.

A.Ştaynerin sözlərinə görə, Macarıstan COP29-dan iqlimdəyişikliyinə effektiv cavab vermək üçün zəruri olan ambisiyalımaliyyə öhdəliklərinin qəbulunu gözləyir.

"Iqlim dəyişikliyinin təsirlərini azaltmaq barədə unutmaq olmaz.Bu, Dubayda keçirilən əvvəlki konfransın əsas mövzusu idi və bizimüçün bu istiqamətdə irəliləmək çox vacibdir. Bundan əlavə, 6-cımaddə çərçivəsində karbon bazarları ilə bağlı məsələlərin həllimühüm nailiyyət olardı. Bu, iqlim böhranı ilə mübarizə sahəsindəqlobal səyləri əhəmiyyətli dərəcədə gücləndirə bilən konkret birbazar mexanizmidir", – deyə o vurğulayıb.

O qeyd edib ki, Avropa Şurasına bu il sədrlik edən MacarıstanCOP29 çərçivəsində Azərbaycan sədrliyi ilə daimi əlaqəsaxlayır.

"Bu, çox uğurlu bir təsadüfdür və sıx əməkdaşlıq qurmağa imkanverir. Biz COP29 prezidenti, nazir Muxtar Babayev və baş müzakirəçiYalçın Rəfiyevlə müntəzəm və məhsuldar fikir mübadiləsi aparırıq.COP29 çərçivəsindəki fəaliyyətimizdən əlavə, əməkdaşlığımızın əsasistiqaməti "yaşıl" enerjinin inkişafıdır. Xüsusilə, Macarıstan,Rumıniya, Bolqarıstan, Gürcüstan və Azərbaycanı birləşdirən "YaşılEnerji Dəhlizi" təşəbbüsü uğurlu tərəfdaşlığın parlaq nümunəsidir.Bu layihə regionumuzun bərpa olunan enerji sahəsində mühümirəliləyişlər əldə edə biləcəyini nümayiş etdirir", – deyəA.Ştayner vurğulayıb.

Macarıstan dövlət katibi əlavə edib ki, Avropa İttifaqı da özyenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) təqdimedəcək.

"Biz artıq hər bir üzv dövlətin töhfəsi əsasında Avropaİttifaqının ümumi töhfəsini hazırlama prosesinə başlamışıq.Yaxınlarda Avropa Komissiyasına 2030-cu ilə qədər nail olmaqistədiyimiz konkret məqsədləri özündə əks etdirən Milli Enerji vəİqlim Planımızı təqdim etdik. Məncə, bu, müzakirələr üçün əla birəsasdır. Bununla yanaşı, Mərkəzi və Şərqi Avropanın kiçik birölkəsi olaraq, qonşularımıza da diqqət yetiririk. Xüsusilə, QərbiBalkanlar bizim üçün mühüm rol oynayır. Gələcəkdə onlarındekarbonizasiya prosesinə kömək etməli olduğumuzu düşünürəm", –deyə A.Ştayner bildirib.

O əlavə edib ki, Avropa dünya karbon emissiyalarının yalnız 6faizinə, Macarıstan isə 2 faizinə cavabdehdir.

"Bu, qlobal miqyasda kiçik bir paydır. Lakin bu, biziməsuliyyətdən azad etmir. Biz öz payımıza düşəni etməli vəqonşularımıza kömək göstərməliyik", – deyə o fikrinitamamlayıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Chosen
14
3
az.trend.az

4Sources