EN

Paolo Gerrero Lionel Messiyə görə hakimləri ittiham etdi

Peru yığmasının mərkəz hücumçusu Paolo Gerrero Argentina yığmasına qarşı keçirilmiş oyundan sonra narazılığını ifadə edib.

Arena.az xatırladır ki, Peru yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin Argentina yığması ilə 12-ci tur səfər oyununda 0:1 hesabı ilə məğlub olub.

Oyundan sonra Paolo Gerrero nəticə ilə bağlı narazılığdan əlavə, rəqiblərin Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messiyə qarşı oyunu müqabilində, hakimləri həmin rəqiblərə münasibətdə qərəzli mövqe tutmaqda ittiham edib:

“Hakimlik birinin tərəfində idi, Messiyə toxuna bilməzsən, çünki onu vursan, kobudluğa görə cərimə alacaqsan. Amma siz, mətbuat, heç nə demirsiniz və bunu isə çox yaxşı bilirsiniz”, deyə Gerrero oyunsonrası mətbuat konfransında narazılıqla bildirib.

12 turdan sonra Argentina yığması 25 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Peru yığması isə 7 xalla seçmə mərhələnin “qapazaltı”sıdır. “İnklər” 7 xalla sonuncu, 10-cu pillədə qərarlaşıblar.

Chosen
31
arena.az

1Sources