EN

AMADA rəsmiləri Strasburqda

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 66-cı iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, antidopinq siyasətinin beynəlxalq hüquq çərçivəsində təşkili, yeni çağırışlar və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclas çərçivəsində gender bərabərliyinin təşviqi məqsədilə idmanda ədalətli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb. “Antidopinqdə Gender Bərabərliyinin Təminatı” (GECA) komitəsinin fəaliyyəti müzakirə mövzuları sırasında yer alıb.

Tədbirdə, həmçinin “OneVoice” təşəbbüsünün əhəmiyyəti yüksək qiymətləndirilib. “OneVoice” dünyada antidopinq tədbirlərinin əlaqələndirilməsi və vahid strategiyanın inkişaf etdirilməsi məqsədi daşıyır. Təşəbbüsün niyyəti dövlət orqanlarının antidopinq sahəsində əməkdaşlığını gücləndirərək, dopinqə qarşı mübarizənin effektivliyini artırmaqdır. CAHAMA üzvləri təşəbbüsün tətbiqinə dair təkliflərlə çıxış ediblər.

İclasda idmançıların hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün müvafiq yeni təşəbbüslərin ortaya qoyulması ilə yanaşı, qarşıya çıxan problemlərin həll yolları da müzakirə edilib.

WADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının mövqeyi ilə bağlı müzakirələrin aparıldığı iclasda gələcəkdə bu platformaların daha da gücləndirilməsi üçün təkliflər təqdim olunub. Həmçinin CAHAMA-nın gələcək iclasının gündəliyi müəyyən edilərək, üzv ölkələr arasında təcrübə mübadiləsinin daha da dərinləşdirilməsi və antidopinq siyasətlərinin əlaqələndirilməsi qərara alınıb.

Tədbirdə CAHAMA-ya yeni sədr və sədr müavini, GECA-ya sədr vəzifələrinə seçkilar elan olunub. 2025-ci il martın 12-si namizədlər üçün son müraciət tarixi kimi açıqlanıb.

İclas işini müxtəlif mövzularda müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşdırıb.

Chosen
40
7
futbolpress.az

8Sources