EN

“Ermənistanın yeni alacağı silahlar bu halda Ordumuzun hədəfinə çevriləcək” – Ekspert açıqladı

Xəbər verildiyi kimi, Ermənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. “Indian Defence Research Wing”in (IDRW) məlumatına görə, bu razılaşma Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir.

Bildirilib ki, altı haubitsadan ibarət ilk partiya Ermənistanda, o cümlədən dağlıq ərazilərdə və düzənlikdə sınaqdan keçirilib. Sınaqlar uzaq məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib ki, bu da Ermənistan hakimiyyətini daha böyük həcmdə alış imkanlarını nəzərdən keçirməyə sövq edib.

Görəsən, sözügedən silahların özəllikləri nədən ibarətdir və Azərbaycan Ordusunun bölmələrinə hər hansı təhlükə yaratmaq gücündədirmi? Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında sözügedən silahlara alternativ varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan hücum silahları almaqla Vətən müharibəsində itirdiyi döyüş potensialını bərpa etməyə çalışır:

“Məlum olduğu kimi, Ermənistanın əsas silah ixracatçıları Fransa və Hindistandır. 55 mm-lik çapa və 52 kalibr lülə uzunluğuna malik ATAGS yedəkli haubitsalarını erməni tərəfi daha əvvəl əldə etmişdi. Belə ki, keçən il rəsmi İrəvan bunun 6 ədədini təhvil almışdı. Onun sınaqları başa çatdırıldı. Silahların ümumi sayı barədə müxtəlif iddialar səslənir, lakin rəsmi rəqəmlər yoxdur. Hesab edirəm ki, Ermənistan birdən-birə bu qədər sayda silah almaq gücündə deyil. Düşünürəm ki, Hindistan bu haubitsaları ya daxili qiymətlərə, yaxud yardım adı altında Ermənistana təhvil verə bilər. 40 km-dən artıq atış gücünə malik silahların Ermənistana Azərbaycan qarşı verildiyi məlumdur. Hindistanın rəsmi İravanı sözügedən artilleriya qurğuları ilə təmin etməsi doğru addım deyil. Onlar bunu Çin, Pakistan, Türkiyə və Azərbaycanın dostluq əlaqələri fonunda həyata keçirir. Birmanalı olaraq Ermənistan bölgədə müxtəlif ölkələrin maraqlarını təmin etmək üçün istifadə olunur”.

Ekspert vurğulayıb ki, bu silahların alternativi Ordumuzun arsenalında da var:

“Azərbaycan Ordusunun arsenalında ATAGS sistemlərindən daha üstün vasitələr var. Ölkəmiz son bir ildə Serbiya ilə Çexiyadan 120 ədəd Nora B-52 və DITA özüyeriyən haubitsası sifariş edib. Bundan başqa, müxtəlif özüyerinə artilleriya qurğuları da ölkəmizin arsenalına daxil olub. Digər tərəfdən, D20, D30, D44 və M46 yedəkli sistemləri də Ermənistanın aldığı silahlardan geri qalmır. Erməni əsgəri yaxın keçmişdə Azərbaycan artilleriyasının gücünü öz dərisində hiss edib. Onların silahları Ordumuzun mövqelərin zərər yetirə biləcək qədər yaxınlaşdırılarsa, həmin qurğular hədəfə çevriləcək və sıradan çıxarılacaq”.

Məlik Məlikov,
KONKRET.az

Chosen
26
konkret.az

1Sources