EN

İt qadına bir milyon dollar "qazandırdı"

ABŞ-də polis iti tərəfindən başının dərisi zərər görmüş qadın bir milyon dollar məbləğində ödəniş alacaq.

Milli.Az xəbər verir ki, təxminən beş il əvvəl mağazadan oğurluq etdiyinə görə həbs edilən bir qadın polis itinin baş dərisininə zərər vurmasından sonra təxminən 1 milyon dollar təzminat alacaq.

Məlumata görə, 2020-ci ilin fevral ayında Talmika Bates adlı qadın kosmetika mağazasından oğurluq etməkdə şübhəli bilinərək axtarışda olub. Ehtimal edilən oğru qadın kolların arasında gizlənib, lakin polisə xidmət edən alman çoban iti tərəfindən aşkar edilib. İt qadının başından dişləyib və onu yaralayıb. 

Hadisənin baş verdiyi Brentvud şəhərinin administrasiyası polis məmurunun davranışına görə cavab verəcək. Səlahiyyətlilər Beytsə 967 min dollar ödəməyə razı olduqlarını bildiriblər. 

Fidan
Milli.Az

Chosen
23
milli.az

1Sources