EN

“Baydenə görə münaqişədə yeni gərginlik yaranıb” - Kreml

“Amerika lideri Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qərarları ilə əlaqədar Ukraynada münaqişədə yeni gərginlik yaranıb”.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu haqda açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

 

“Ukraynada yeni eskalasiya baş verir. Bu, hakimiyyətdən gedən Amerika administrasiyasının tutduğu son dərəcə məsuliyyətsiz mövqedir”, - Kremlin sözçüsü qeyd edib.

 

Peskovun sözlərinə görə, Baydenin rəhbərlik etdiyi Ağ Ev münaqişənin sona çatması istiqamətində atılan addımların qarşısını almağa çalışır. O, həmçinin qeyd edib ki, Vaşinqton Ukraynadan Rusiya ilə müharibə aparmaq üçün öz aləti kimi istifadə edir.

 

Bundan əvvəl “The Times” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyası Ukraynaya Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərini Rusiya ərazisinin dərinliklərinə endirməsinə icazə verib. Ukrayna Silahlı Qüvvələri isə noyabrın 20-də ilk dəfə bu silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirib.

 

Vasif

Sfera.az

 

Chosen
21
sfera.az

1Sources