EN

“Bavariya”lı: “Mənim üçün pulum önəmi yoxdur”

“Bavariya”dan ayrılacağı iddia edilən Leroy Sane açıqlama verib.

Futbolpress.az xəbər verir ki, alman vinger Münhen klubunda xoşbəxt olduğunu deyib:

“Bavariya”da özümü yaxşı hiss edirəm. Bu klubun bir parçası kimi qalmaq niyyətindəyəm. Hazırda bütün diqqətim burdadır. Gələcəkdə nə olacağını görəcəyik. Mənim üçün pulum önəmi yoxdur.

Premyer Liqaya simpatiyam var. Hələ də bəzi oyunları izləyirəm. Lakin mühüm olan oynamağım və özümü inkişaf etdirməyimdir. Bunu da “Bavariya”da bacarıram”.

28 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, bu mövsüm Bundesliqada 6 oyunda 1 qol vurub.

Chosen
22
futbolpress.az

1Sources