EN

Türkiyədə azərbaycanlı qadın küçənin ortasında öldürüldü

Türkiyədə azərbaycanlı qadın küçənin ortasında sevgilisi tərəfindən qətlə yetirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında bildirilib.

Məlumata görə, Sakaryanın Adapazarı rayonunda səhər saatlarında işə getmək üçün evdən çıxan 32 yaşlı Şəlalə Mirzəli küçənin ortasında silahla hücuma məruz qalıb. Hadisəni onun 3 aylıq sevgilisi A.A. törədib.

Hadisə nəticəsində ağır yaralanan Şəlalə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Hücumu həyata keçirən A.A.-nın hadisədən sonra silahı ilə qaçdığı anlar ətrafdakı təhlükəsizlik kameralarına düşüb. Görüntülər sayəsində polis əməkdaşları şübhəlini yaxalayıb.

Chosen
18
publika.az

1Sources