EN

COP29-da jurnalistlərin işi necə təşkil olunub?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Bakı jurnalistlər üçün əla iş şəraiti yaradıb".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında UNFCCC-nin kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer bildirib.
"Biz Bakıda əla, yüksəkkeyfiyyətli media imkanları və xidmətlər tapdıq. Bizim üçün 300 yerlik yazılı mətbuat zonası, beynəlxalq KİV üçün təxminən 60 kabinə, həmçinin bütün jurnalistlər üçün açıq məkan təşkil edilib", - deyə Sayer qeyd edib.
O vurğulayıb ki, Media Mərkəzi konfrans materiallarına çıxışı vaxtında təmin edir. Hər səhər jurnalistlər günün əsas proqramı ilə bülleteni alırlar, sosial şəbəkələr, smart-bildirişlər və veb-saytdan da istifadə olunur.
"Əlçatanlıq - Azərbaycan hökuməti üçün çox vacib məsələdir. Media mərkəzində heç bir sərhəd yoxdur, əlilliyi olan insanlar sərbəst hərəkət edə bilirlər. Azərbaycanın təqdim etdiyi media obyektləri və xidmətlər əladır", - deyə UNFCCC nümayəndəsi vurğulayıb.
Rufina Abdullayeva
Chosen
30
50
oxu.az

10Sources