EN

Con Suini: "Dünya ölkələrinin bir çoxunda israfçı enerji sistemi var"

"Bakı, sanki Şərqin Parisidir. Memarlıq üslubunu çox bəyəndim. Ümid edirəm ki, COP-da bütün öhdəliklər vaxtında müəyyən ediləcək və inkişaf etmiş dünya ölkələri istədikləri hər şeyi ala bilməyəcəklərini başa düşəcəklər".

Bu fikirləri Oxu.Az-a açıqlamasında İrlandiyanın Maynot Universitetinin fəxri professoru Con Suini deyib.

C.Suini öz ölkəsinin iqlim problemlərindən söz açıb:

"Qışda yağıntıların artması problemi ilə mübarizə aparırıq və ən böyük narahatlığımız daşqınlardır. Biz, həmçinin, intensiv kənd təsərrüfatı nəticəsində biomüxtəlifliyin itirilməsi ilə bağlı problemlərlə üzləşirik".

O qeyd edib ki, sözügedən problemlərlə bağlı İrlandiyada parlament tərəfindən qəbul edilən və beşillik karbon büdcələrinə əsaslanan iqlim qanunu var:

"Haqqında danışdığımız problemi həll etmək üçün ayrı-ayrı sektorlara beşillik büdcə verilir".

O əlavə edib ki, dünya ölkələrinin bir çoxunda israfçı enerji sistemi var.

Chosen
15
ekologiya.az

1Sources