“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland “Beats by Dre” qulaqlıqları və dinamiklərinin reklamında rol alıb.
Publika.az xəbər verir ki, bu reklam əməkdaşlığı “Hər kəs üçün adi” şüarı ilə Norveç meşələrində lentə alınıb.
Video heç bir qorxu və yorğunluq bilməyən Haalandın mətanətini nümayiş etdirilir. O, canavarlarla meşədə qaçır, uçurumun kənarında durur, odun doğrayır və isti kömürdə gəzir. Erlinqin məşqinə baxan yerli sakinlər heç nəyə təəccüblənmirlər. Çünki bunun Haaland olduğunu və onun hər şeyi edə biləcəyini bilirlər.
Heybət