EN

Quterreş G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırıb

Mən Rioda keçirilən G20 Sammitindən təzəcə qayıtmışam. COP29 çox gündəmdə idi. G20 liderlərini və danışıqlar aparan şəxsləri COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırdım.

Olaylar xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, nümayəndə heyətləri və COP29 sədrliyi ortaq məxrəc tapmaq üçün çox çalışırlar.

"Amma burada açılış nitqimdə dediyim kimi, zaman irəliləyir. Razılaşmanın əldə edilməsi üçün səbrsizlənirəm. Bitiş xətti üzərində müzakirələr aparmaq üçün bizə böyük təkan lazımdır. Yenə deyirəm, bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair saziş. Müxtəlif komponentləri vasitəsilə bu məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir.

A. Qutterreş bildirib ki, maliyyə artımı vacibdir.

"Hər bir hökumətə eyni zamanda emissiyaların azaldılmasını sürətləndirərək, təmiz, ucuz bərpa olunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı verilməlidir. Bütün ölkələrin özlərini və insanlarını iqlim fəlakətindən qorumaq və xalqlar arasında inam yaratmaq üçün maliyyə artımı vacibdir",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
4
olaylar.az

5Sources