EN

Siyasi-şərhçi: Paşinyan keşmiş Gürcüstan və hazırki Ukrayna rəhbərlərindən daha ağıllı siyasət yürüdür...

Son kadr dəyişikliyindən sonra Paşinyanın komandasında qadınlar ağırlıq təşkil etməyə başlayıb...

Siyasi-şərhçi: “Paşinyanın qadınları yüksək vəzifələrə təyin etməsi Qərbə göndərilən simvolik bir mesaj kimi qiymətləndirilə bilər”.

“Həmin şəxslərin birbaşa Qərbə bağlılığı Paşinyanın hər şeyə rağmən onlara sadiq olmasını nümayiş etdirir. Çünki Paşinyan özüdə Qərbin projesidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Paşinyanın son kadr dəyişikliklərini Poliqon-a şərh edərkən qeyd edib.

Görünən odur ki, son kadr dəyişikliyindən sonra Paşinyanın komandasında qadınlar ağırlıq təşkil etməyə başlayıb. Maraqlıdır ki, Ermənistanda əsas təhlükəsizlik qurumları qadınların nəzarətinə keçibş Bunların arasında Baş prokurorluğu, Xarici Kəşfiyyat Xidmətini, Ədliyyə Nazirliyini və Daxili İşlər Nazirliyini göstərmək olar.

Bəs, təhlükəsizlik məsələlərində birbaşa Qərbə bağlı olan qadınlara üstünlük verməsi Paşinyan üçün təhlükə yaratmır ki?

Ermənistanda baş verən siyasi kadr dəyişikliklərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Bu addımı ilə Paşinyan Qərbə özünün və ölkəsinin əsas məqsədinin demokratik rejim olduğunu, lakin bunun bir başa yox tədricən edilməli olduğunu, Gürcüstan və Ukrayndakı ssenarilərin Ermənistanda baş verməməsi üçün Rusiyadan birbaşa qopmağın riskli olduğunu demək istəyir”.

Daxildə Rusiya tərəfdarlarından qorumaq məqsədi ilə Qərbin adamlarının vəzifələrə gətirilməsi Paşinyanın daxildəki hakimiyyətini gücləndirdiyini düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu baxımdan atılan addımlar Paşinyanın öz mövqeyi baxımından doğrudur:

“Paşinyanın qadınları yüksək vəzifələrə təyin etməsi Qərbə göndərilən simvolik bir mesaj kimi qiymətləndirilə bilər. Paşinyan özünün demokratik dəyərlərə üstünlük verdiyini nümayiş etdirmək və gender bərabərliyi prinsiplərinə uyğun davranmaqla, Ermənistanı Qərb dəyərlərinə daha yaxın göstərmək məqsədi daşıdığı mesajını verir.

Eyni zamanda həmin şəxslərin birbaşa Qərbə bağlılıqı Paşinyanın hər şeyə rağmən onlara sadiq olmasını nümayiş etdirir. Çünki Paşinyan özüdə Qərbin projesidir. Bu addımı ilə Paşinyan Qərbə özünün və ölkəsinin əsas məqsədinin demokratik rejim olduğunu, lakin bunun bir başa yox tədricən edilməli olduğunu, Gürcüstan və Ukrayndakı ssenarilərin Ermənistanda baş verməməsi üçün Rusiyadan birbaşa qopmağın riskli olduğunu demək istəyir. Bu baxımdan, Paşinyan keşmiş Gürcüstan və hazırki Ukrayna rəhbərlərindən daha ağıllı siyasət nümayiş etdirir.

Eyni zamanda, daxildə Rusiya tərəfdarlarından qorumaq məqsədi ilə Qərbin adamlarının vəzifələrə gətirilməsi Paşinyanın daxildəki hakimiyyətini gücləndirir. Bu baxımdan hesab edirəm ki, atılan addımlar Paşinyanın öz mövqeyi baxımından doğrudur”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
30
poliqon.info

1Sources