EN

İnfarkt olmaq istəmirsizsə, mütləq ispanaq yeyin - ŞƏDA BOĞÇASI

İspanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindən biridir.

Digər yaşıl yarpaqlı tərəvəzlər kimi ispanaq da sağlamlığımıza, xüsusən də xəstəliklərdən qorunmağa mühüm töhfələr verir.

İspanağın tərkibində bol miqdarda C, E və B vitaminləri, maqnezium, dəmir və kalsium var. Buna görə də yüksək qida dəyərinə malikdir.

İspanaq tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır. Bu tərəvəz sağlamlıq üçün riskli olan laxtalanmanı yavaşladır.

C vitamini ilə çox zəngin olan ispanaq ürək-damar xəstəlikləri riskini azaldır. Kalium və liflə zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, xolesterini aşağı salır, ürək əzələsinin nizamlı işləməsini təmin edir.

İspanaq digər yaşıl yarpaqlı tərəvəzlərdən daha çox protein ehtiva edir. Yüksək qan təzyiqini aşağı salmaqda faydalıdır. Tərkibindəki zəngin lif miqdarı ilə qəbizliyin qarşısını alır.

İspanağın digər əhəmiyyətli təsiri xərçəngə qarşı qoruyucu təsir göstərməsidir. Bundan başqa, Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olan ispanaq tərkibindəki beta karotin və fol turşusu sayəsində yaddaşı gücləndirir və Alzheimerin inkişaf ehtimalını azaldır.

Davamlı ispanaq istehlakı həm də əzələləri gücləndirir. Həmçinin qaraciyərin təmizlənməsinə kömək edir. İspanağın tərkibindəki maqnezium maddələr mübadiləsini sürətləndirir.

Tərkibindəki antioksidantlar sayəsində ispanaq stresslə mübarizə apara bilir və stressin bədəndə verə biləcəyi zərərləri azaldır.

Araşdırmalara görə, qadınların xüsusilə hamiləlik dövründə ehtiyac duyduqları fol turşusunu əldə etmələrinin ən təbii yolu ispanaq yeməkdir. Çünki ispanaqda bol fol turşusu var.

Arıqlamaq istəyənlərin pəhriz siyahısına mütləq yer almalı olan bu tərəvəz uzun müddət tox saxlayaraq arıqlamağa dəstək olur.

İspanağın digər bir faydası da sümüklərin inkişafına töhfə verməsidir. İspanağın tərkibində olan K vitamini menopozdan sonra osteoporoz ehtimalını azaldır.

İspanağın tərkibindəki antioksidanlar da bədəndəki oksidləşdirici stressi azaltmağa kömək edir. Eləcə də, dərinin sağlamlığına töhfə verir.

İspanağı bişirməzdən əvvəl çox diqqətlə yumaq lazımdır. Çünki kökləri və yarpaqları da çoxlu torpaq qalıqlarını ehtiva edir. İspanağı yuduqdan sonra bir müddət sirkəli suda islatmaq olar.

Chosen
10
3
sportinfo.az

4Sources