EN

İqlim maliyyəsi üzrə danışıqların əsas aspektlərini aydınlaşdırmadan davam edə bilmərik - BMT-nin Baş katibi

Bakı. Trend:

İqlim maliyyəsi üzrə danışıqların əsas aspektləriniaydınlaşdırmadan davam edə bilmərik.

Trend xəbər verir ki, bu barədə BirləşmişMillətlər Təşkilatının Baş katibi Antonio Quterreş media üçünkeçirilən brifinqdə deyib.

O qeyd edib ki, COP-un nəticələrinin maliyyə ölçüsü əsasaspektlərdən biri olacaqdır.

“Həqiqət məqamına gəldiyimiz zaman hər bir tərəfin özmövqelərini və təkliflərini aydınlaşdırmasının vacib olduğunudüşünürəm. Hesab edirəm ki, bu, qeyd etdiyim kimi pul məsələsinəaiddir, balanslaşdırılmış nəticə olmalıdır və bütün narahatlıqlarnəzərə alınmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
89
1
az.trend.az

2Sources