EN

MACARISTAN UKRAYNAYA HHM SİSTEMLƏRİ İLƏ DƏSTƏK VERƏCƏK

Macarıstan Ukraynaya Qərb silahları ilə Rusiya Federasiyasına dərin zərbələr endirməsinə icazə verildikdən sonra ölkənin şərqində hava hücumundan müdafiə sistemi yerləşdirmək qərarına gəlib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Macarıstanın müdafiə naziri Kiyevə Qərb silahlarını Rusiyanın dərinliklərinə endirməyə icazə verdikdən sonra Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi qorxusu fonunda ölkənin şimal-şərqində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə göstəriş verib.Belə ki,  Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrownickinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin miqyası indi “həmişəkindən daha böyükdür və müharibə təhlükəli mərhələyə daxil olub”. O, bunu Ukrayna üçün uzunmüddətli məhdudiyyətlərin aradan qaldırılması və Kreml rəhbəri Vladimir Putinin Rusiyanın nüvə silahından istifadə üçün mümkün şərtləri genişləndirdiyi barədə yenilənmiş nüvə doktrinasını təsdiqləməsi ilə əlaqələndirib. Hansı ki, Putin bu addımı sentyabrın sonunda elan etmişdi, neçə gün əvvəl bu barədə Fərman imzaladı.

A.Məmmədli

Chosen
4
tezadlar.az

1Sources