EN

Qazaxıstanın uğursuz seriyası davam edir - İCMAL

Qazaxıstan yığmasının Stanislav Çerçesovun başçılığı altında qolsuz və qələbəsiz oyunlar seriyası davam edir.

Bu dəfə qazaxlar evdə Avstriyaya boyun əydilər. Bəlkə də Baumqartnerin erkən qoluna qalan müddətdə cavab vermək olardı. Amma Maroçkinin ilk yarınını ortalarında “son ümid folu”na görə birbaşa qırmızı vərəqə alması meydan sahiblərinin cüzi ümidlərini də “dəfn etdi”. Üstəlik elə həmin cərimə zərbəsini Qreqoritş əla yerinə yetirərək yekun nəticəni müəyyənləşdirdi.

Qazaxıstan bu ML-də Andorra ilə birlikdə hələ də qol vurmayan iki komandadan biridi! Avstriya isə 2024-cü ildə 8-ci qələbəsini qazanmaqla şəxsi rekordunu təkrarladı. Bu komanda daha öncə yalnız 1982-ci ildə bu qədər qələbə qazanmışdı. Sabah Sloveniyanı yenəcəyi təqdirdə Avstriya həm qrup liderliyini rəsmiləşdirə, həm də rekordunu yeniləyə bilər. “Mançester Siti” ilə son oyunlarda kabus yaşayan Holann yığmanın heyətində önəmli qələbə qazandı. Norveç evdəki ilk görüşdə olduğu kimi, Lyublyanada da Sloveniyanı darmadağın etdi. Özü də qələbə qolunu məhz Holann vurdu. Hələ ötən ay Norveç tarixinin ən məhsuldar oyunçusuna çevrilən 24 yaşlı forvard yığmada 38-ci oyunda 35-ci qolunu vurmaqla rekordu bir qədər də yaxşılaşdırdı.

B liqası, 3-cü qrup
Qazaxıstan – Avstriya 0:2 (0:2)

Qazaxıstan: Pokatilov, Astanov, Kasım, Maroçkin, Voroqovski, Taqıberqen, Darabayev (Tapalov, 57), Zaynutdinov (Payruz, 68), İslamxan (Jumaxanov, 25), Samorodov (Kenjebek, 68), Aymbetov (Karimov, 46).
Avstriya: Şlager, Poş (Mvene, 64), Danso, Linhart, Prass, Zayvald, Laymer (Zaydl, 64), Şmid (Vaymann, 77), Baumqartner (Adamu, 72), Vimmer (Ştöger, 72), Qreqoritş.
Qollar: Baumqartner, 15 (0:1). Qreqoritş, 25 (0:2).
Vərəqə: Voroqovski, 90+1 – sarı. Maroçkin, 23 – qırmızı.
Hakim: Marian Barbu (Rumıniya).
14 noyabr. Almatı. 9753 tamaşaçı.

Sloveniya – Norveç 1:4 (1:2)
Sloveniya: Oblak, Karniçnik (Brekalo, 72), Drkuşiç, Biyol, Yanza, Elsnik, Qnezda-Çerin (Kurtiç, 81), Stoyanoviç (Seslar, 80), Mlakar (Lovriç, 72), Vipotnik (Çelar, 72), Şeşko.
Norveç: Selvik, Pedersen, Esteqor, Heqqem (Qreqersen, 87), Ryuyerson, Berge, Yonsen (Torstvedt, 60), Dennum (Torsbi, 46), Nusa (Hauqe, 70), Sörlot, Holann (Larsen, 86).
Qollar: Nusa, 4 (0:4). Şeşko, 21-p. (1:1). Holann, 45 (1:2). Nusa, 59 (1:3). Hauqe, 82 (1:4).
Vərəqə: Heqqem, 19 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
14 noyabr. Lyublyana. 15308 tamaşaçı.

Chosen
13
football-plus.az

1Sources