EN

Rusiya-Ukrayna müharibəsi: yeni faza və gözləntilər... - TƏHLİL

Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub.

1.ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verdi;

2.Prezident Vladimir Putin Rusiyanın nüvə doktrinasını təsdiq etdi.

Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək.

Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər.

Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni, bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.

O ki qaldı Üçüncü Dünya müharibəsinə, hələlik bundan danışmaq üçün tezdir. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar.

Turan Rzayev

MİA.AZ

Chosen
13
mia.az

1Sources