EN

Rusiyanın gələnilki büdcəsi təsdiqləndi - RƏQƏMLƏR

Rusiya Dövlət Duması 2025-ci il üçün federal büdcə və 2026-2027-ci illər üçün planlaşdırma dövrü haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Valyuta.az xəbər verir ki, sənədə əsasən, 2025-ci ildə federal büdcə gəlirlərinin 40,296 trilyon rubl, 2026-cı ildə 41,84 trilyon rubl, 2027-ci ildə isə 43,154 trilyon rubl olacağı proqnozlaşdırılır.

2025-ci ildə xərclərin 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə 45,915 trilyon rubl olacağı gözlənilir.

Federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.

2025-ci ildə ÜDM-in 214,575 trilyon rubl (artım 2,5%), 2026-cı ildə - 230,568 trilyon rubl məbləğində (artım 2,6%), 2027-ci ildə - 248,313 trilyon rubl (artım 2,8%) olacağı proqnozlaşdırılır.

Dövlət xarici borcunun yuxarı həddi 2026-cı il yanvarın 1-də 61,1 milyard dollar (55,5 milyard avro), 2027-ci il yanvarın 1-də 59,2 milyard dollar (53,4 milyard avro), 2028-ci il yanvarın 1-də isə 56,5 milyard dollar (50,9 milyard avro) olacaq.

İnflyasiya səviyyəsi 2025-ci ildə 4,5%, 2026 və 2027-ci illərdə isə 4% olacaq.

Büdcənin “Milli Müdafiə” bölməsində 2025-ci ildə 2,87 trilyon rubl, 2026-cı ildə 2,126 trilyon rubl, 2027-ci ildə 2,164 trilyon rubl məbləğində xərclər planlaşdırılır.

“Milli təhlükəsizlik və hüquq-mühafizə orqanları” bölməsində xərclər 2025-ci ildə 2,189 trilyon rubl, 2026-cı ildə 2,259 trilyon rubl, 2027-ci ildə 2,348 trilyon rubl təşkil edəcək.

© Modern.az

Chosen
18
valyuta.az

1Sources