"BOA Agency" Açıq Səhmdar Cəmiyyətinin sabah Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində səhmdarların ümumi yığıncağının iclası keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyində “Xalq Bank"dan kredit götürülməsi və cari məsələlər dayanır.
Qeyd edək ki, şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mustafayev Samir Fariz oğlu, nizamnamə kapitalı 200 min manatdır.
Əvəz Həsənov