EN

Analitik: "Tramp Rusiya ilə Çinin yaxınlaşmasına mümkün qədər müdaxilə edəcək"

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonun iqtisadi dominantlığını saxlamaq üçün Rusiya ilə Çin arasında yaxınlaşmanın mümkün qədər qarşısını almağa çalışacaq".

HİT.az xəbər verir ki, bunu "RİA Novosti" ilə söhbətində türkiyəli analitik Mustafa Rəcəb Erçin deyib.

Onun sözlərinə görə, Trampın siyasətlərinin əsas oxu Amerikanın üstünlüyüdür, ona görə də o, iqtisadi mövqeləşdirməyə böyük diqqət yetirəcək. Bu baxımdan, ekspert təklif edir ki, Tramp Rusiyanı mümkün qədər Çindən uzaqlaşdırmaq istəyəcək.

O, Ukrayna böhranının həlli üçün danışıqların başlanması ilə yanaşı, sanksiyaların ləğvinin mümkünlüyünü şərh edərək, bunun mərhələli proses olacağını bildirib.

"Düşünürəm ki, sanksiyalar Ukrayna müharibəsinin bitməsi ilə tədricən aradan qaldırılacaq, lakin sərt sövdələşmələr olacaq. Təbii ki, bu ticarətin həcmi nə qədər olacaq? Bunu zaman göstərəcək", deyə Ercin bildirib.

Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Szinpin bildirmişdi ki, əgər Çin və Amerika Birləşmiş Ştatları bir-birinə düşmən kimi baxsalar, o zaman iki dövlət arasında münasibətlər reqressiya ilə üzləşəcək. Si Szinpin əlavə edib ki, əgər iki ölkə bir-birinə düşmən kimi yanaşarsa və haqsız rəqabət apararsa, Çin-ABŞ münasibətləri müxtəlif çətinliklərlə üzləşə bilər.

Samir
 

Chosen
3
2
hit.az

3Sources