EN

Zaxarovaya canlı yayımda qadağa qoyuldu : "Bu haqda danışma" - VİDEO

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə çıxış edərkən ona canlı yayımda qəribə zəng gəlib.   Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Belə ki, ona Ukrayna ərazisinə iddia edilən qitələrarası ballistik raketin (ICBM) zərbəsi ilə bağlı şərh verməsi qadağan edilib. Həmin video sosial şəbəkələrdə gündəm yaradıb. Videoda Zaxarovanın mikrofonların yanında dayanaraq zəngə cavab verdiyini görmək olar. "Qərb mediasının danışmağa başladığı Yujmaşa ballistik raket hücumunu şərh etmirik”, - qəbuledicidən gələn səs ona bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsi həmsöhbətə təşəkkür edib və brifinqi davam etdirib.

Chosen
26
50
manset.az

10Sources